4-07-2025, 11:44
Gündəm/Cəmiyyət/Sosial

SOCAR, “Azəriqaz” İB-də kütləvi ixtisarlar… İşçilər bu bəhanəylə işdən çıxarılır

SOCAR, “Azəriqaz” İB-də kütləvi ixtisarlar… İşçilər bu bəhanəylə işdən çıxarılır

SOCAR, “Azəriqaz” İB-də ali təhsili olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılırlar.


"Kanal14.az" Tribunainfo.az--a istinadən xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşıb. Hüquq müdafiəçisi bildirib ki, işçilər azaldılır, yeksək vəzifələrdə isə say artırılır:


“SOCAR, “Azəriqaz”da fəhlə, çilingər, xadimə və s. kateqoriyalı (yəni ali təhsili olmayan) işçilərin qeyri-qanuni imtahanlar vasitəsi ilə işdənçıxarma halları davam edir. Yüksək vəzifəli işçi sayının isə artırılma siyasəti müvəffəqiyyətlə davam etdirilir.


Növbəti qeyri-qanuni imtahanlar bu dəfə iyul ayının 7-də Lənkaran RQİİ-nin Biləsuvar XS-də keçiləcək. İmtahana dəvət edilən işçi yazı ki, son günlər işdənçıxarılma həyəcanından ürək, şəkər xəstəliyimiz artıb.


Sual verirəm bu şəxsləri işdən çıxaranlara, fəhlə, çilingər, xadimə adam deyil? Bu insanlara qarşı ayrı-seçkiliyin kökündə nə dayanır? Məqsədiniz nədir?”.


Qarşı tərəfi dinləməyə hazırıq.


Oxşar xəbərlər