Meşəni məhv et, pul payla, susdur! – Zərdabda dövlətin ağacına baltanı kim vurur?
Amma yox!
Dövlətin ağacları kökündən çıxarılır, torpağı qazılır, suyu dəyişdirilir, flora-fauna məhv edilir – aidiyyəti qurumlar isə ya başını quma soxur, ya da əllərini cibə.
Bu məmur gördüyü qanunsuz işləri "Prezidentin göstərişidir" deyə... - VİDEO
Meşəni kəsənlər də məlumdur, susanlar da – Bəs dövlət haradadır?
Biz yazdıq, görüntü paylaşdıq, şikayət etdik, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tutmuş Baş Prokurorluğa qədər məlumat verdik. Amma bu günə qədər bir nəfər belə məsuliyyətə cəlb olunmadı. Görəsən, burada hansısa “görünməyən əl” “yaşıl zona”nı "yaşıl dollar"a qurban verir?
Meşənin qara bəxtini yazan bu layihəni həyata keçirən Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovdur. Həmişəki kimi tenderlərdə dəyişməz qalib olan "Körpü-Bina-Tikinti" MMC isə yenə iş başındadır. Rəhbəri Xəlil Göyüşov, görünür, meşənin əvəzinə beton görməkdə israrlıdır. Onlara bu işdə can-başla xidmət edənlər isə Məhəmməd bəy, Hüseyn Rəhmanov və hər yerə "mərkəzdəymiş" kimi burnunu soxmağa çalışan Səxavət Məmmədovdur. Üzərinə düşməyən məsuliyyətlə özünü ekranlara atmağa çalışan bu şəxsin nə məqsədlə bu qədər canfəşanlıq etdiyi hələ də anlaşılmır – yoxsa biz anlamayacağıq deyəmi?
Tamaşa bununla da bitmir. Hüseyn Rəhmanov özünü guya qazi kimi təqdim edən oğlunu – Elvini dövrəyə salaraq, təhdid dili ilə jurnalistləri susturmağa çalışdı. Həmin Elvin isə vaxtilə vəzifəsindən sui-istifadə və yeyinti faktlarına görə ad çıxarmış, hətta cinayət məsuliyyətinə cəlb olunmuş və hər şeyə rəğmən 2-3 gün bundan əvvələ qədər Yuxarı Seyidlər kəndinin icra nümayəndəsi İşləyən ntizam Məmmədovun kürəkənidir. Görünür, bu ailə “xidmət ənənəsini” nəsildən-nəslə ötürür...
Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsində çalışan Raqif bəy isə görünür, özünü "vəziyyətə bələd" göstərmək üçün gözəl cümlələr qurmaqla kifayətlənir. Amma içi boş cümlələr meşəyə can vermir, Raqif müəllim!
İndi isə məsələ tam fərqli müstəviyə keçib. Redaksiyaməza bəzi mənbələrdən daxil olan məlumata görə, Hüseyn Rəhmanovun "qazi" oğlu Elvin güya "DogruXeber.az"ı susdurmaq üçün 300-400 manatlıq qonaqlıq, 1500 manat pul verdiyini və bu “razılaşma”dan sonra saytın yazmayacağını lovğalanaraq ətrafına danışırmış.
Maraqlıdır, bu iddia nə qədər realdır?
Əgər doğrudursa, rüşvəti verən də, alan da cinayət məsuliyyəti daşımalıdır.
Əgər yalandırsa – bu da ayrıca hüquqi məsələdir, çünki bir media orqanının nüfuzuna qəsddir. Hər iki halda cinayət tərkibi ortadadır!
Əslində, meşəni doğramaqla yanaşı, indi də medianın inamını, azadlığını, cəmiyyətin vicdanını baltalamağa girişiblər. Görəsən, "Kanal14" adını hallandıran bu şəxsin lovğalanmaları doğru çıxsa, o zaman jurnalistika adına bundan böyük biabırçılıq nə ola bilər?
Əziz oxucular, "DogruXeber.az" olaraq bu məsələni sonadək izləyəcəyik. Növbəti yazımızda Elvin Rəhmanovun "pul verdik" dediyi həmin "jurnalist"in də kimliyini, arxasında dayanan “baxıcısı”nı da paylaşacağıq.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq – siz də eşidin! Dövlət ərazisində, dövlətə aid meşə zolağı məhv edilir. İctimaiyyət aldadılır, medianın adı hallanır, rüşvətdən bəhs edilir – siz isə susursunuz. Axı bu cinayətdir. Axı Azərbaycan qanunları bunu qadağan edir. Bəs hanı qanunun qətiyyəti?
Hanı dövlətin iradəsi?
Yazının sonunda bir daha qeyd edək ki, "DogruXeber.az" redaksiyası hər kəsin söz haqqını tanıyır. Əgər adları çəkilən şəxslərin hər hansı açıqlaması, izahı və ya cavabı varsa – qapımız və səhifəmiz açıqdır.
Təbiətə uzanan əllər, jurnalistləri susdurmaq istəyənlər, rəsmilərdən qorunub qanunu saymayanlar – biz buradayıq və yazmağa davam edəcəyik.
