Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.
"Kanal14.az"ın "Qafqazinfo”dan əldə etdiyi məlumata görə, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb.
İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu "Nissan” və "Toyota” olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.
Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib: "Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar 1 ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi.