Peşə bayramı yoxsa “peşəkar özbaşınalıq günü”? – Dövlət qulluqçuları və xalqın taleyi
Ötən gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı idi.
Kanal14.az: - Təqvimdə “rəsmi” bir gün – təbriklər, təltiflər, bəlkə bir-iki gül buketi və ya quru sözlərlə dolu çıxışlar gözlənilir. Amma gəlin etiraf edək: bu peşənin bəzi "nümayəndələri" artıq çoxdan xalqın yox, yalnız öz ciblərinin xidmətçiləri olublar.
Bəli, dövlət qulluğu – adı böyük, məsuliyyəti ağır bir anlayışdır. Amma nə zaman bu anlayış “mənimsəmə, qohumbazlıq və cəzasızlıq” sinoniminə çevrildi?
Cəmi bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev və onun müavinləri DTX tərəfindən həbs edildi. İttihamlar ciddi: rüşvət, səlahiyyətdən sui-istifadə, dövlət əmlakının mənimsənilməsi.
Bəs bu şəxslərin “peşəkar fəaliyyəti” illərlə niyə gözardı edildi? Niyə bu günə qədər təltiflər, mükafatlar, “səmərəli fəaliyyət” diplomları ilə qarşılandı?
İşin daha da ironik tərəfi odur ki, Musa Şəkiliyev təsadüfi bir məmur deyildi. O, yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinə malik idi – Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə onun qohumlarıdır. Yəni dövlət qulluğuna giriş bəzi ailələr üçün “ailədaxili təyinat” prinsipi ilə işləyir.
Amma təkcə Qaxmı?
"DogruXeber.az" olaraq biz illərdir xəbərdarlıq edirik.
Aşağıdakı icra başçılarının fəaliyyəti ilə bağlı sistemli şikayətlər, ictimai narazılıqlar, qanunsuz tikililər, büdcə vəsaitlərinin şəffaf olmayan istifadəsi kimi faktlar ortadadır:
Adil Əliyev, Adil Vəliyev, Elxan Allahverdiyev, Kamal Həsənov, Elçin Rzayev, Elnur Rzayev, İlqar Mahmudov, Elşən Salahov, Mirhəsən Seyidov, Tahir Məmmədov, Rövşən Bağırov, Niyazi Bayramov, Coşqun Cəbrayılov, Seymur Orucov, Məhərrəm Quliyev,
Bu şəxslərin başçılıq etdiyi rayonlarda məmur özbaşınalığı artıq “adi hal”a çevrilib. İnsanlar deyir: "İcra hakimiyyətinə getməkdənsə, notarius daha ədalətlidir."
Yəni vəziyyət o həddə çatıb ki, dövlətin yerli idarəetmə orqanı – xalqla dövlət arasında körpü olmaq əvəzinə, büdcə ilə şəxsi maraqlar arasında boru xəttinə çevrilib.
Ən qəribəsi isə budur: şikayətlər artır, amma cavab verən yoxdur.
Niyə?
Çünki qohum-qardaş sistemi yalnız ailədə deyil, idarəetmədə də keçərlidir.
Bu gün, peşə bayramında xalq da sual verir:
Biz bu peşə sahiblərinə görə sevinək, yoxsa utanaraq başımızı aşağı salaq?
"DogruXeber.az" olaraq bildiririk:
Qaxla bitməyəcək!
Qohumbazlıq, korrupsiya və məmur toxunulmazlığı sistemi artıq dağılmalıdır!
Dövlət qulluğu xalqın qulluğudur – ailənin, tayfanın yox!
Əsl dövlət qulluqçusu bu yazıya görə inciməz. Əksinə, öz adının bu qaranlıq siyahılarda olmamasına sevinər.
Adları çəkolən şəxslər məmurlar barəsində qarşıdakı günlərdə ətraflı məlumatlarımız olacaq.
Bizi izləməkdə davam edin.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az