19-06-2025, 16:50
Gündəm/Cəmiyyət/Hadisə/Səhiyyə

Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı

Ağciyər Xəstəlikləri İnstitutunda faciə: Xəstə üçüncü mərtəbədən yıxıldı

Bakıda faciəli hadisə baş verib.


"Kanal14.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb.


İnstitutda müalicə alan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev üçüncü mərtəbədəki pəncərədən yıxılıb.


Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər