13-06-2025, 17:30
Gündəm/Sosial/Təhsil

Bu məktəbdə attestata görə pul tələb edilib – RƏSMİ

Bu məktəbdə attestata görə pul tələb edilib – RƏSMİ

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.


İdarədən Bakupost.az -a verilən məlumata görə, araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Sinif rəhbərinin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.


Qeyd edək ki, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı deyilirdi.


Oxşar xəbərlər