11-06-2025, 08:59
Gündəm/Dünya

Los-Ancelesdə komendant saatı tətbiq edilib

Los-Ancelesdə komendant saatı tətbiq edilib

Davam edən etirazlar səbəbindən Los-Ancelesin bəzi bölgələrində komendant saatı tətbiq edilib.


"Kanal14.az" xəbər verir ki, bu barədə Los-Ancelesin meri Karen Bass "X"da məlumat yayıb.


"Mən Los-Ancelesin mərkəzində bu axşam saat 20:00-dan başlayaraq komendant saatı elan etmişəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, lütfən, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozan hər kəsi həbs edəcək", - məlumatda qeyd olunub


İyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni immiqrantları hədəf alan ICE reydi etirazçılarla zorakılığa çevrilib. Ağ Ev rəsmiləri şəhərin etirazlarını “qanunlara qarşı üsyan” adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los Ancelesə gəlib.


Etirazlar iyunun 6- da başlayıb və bu günə kimi sönməyib, etirazlar hər gün daha da aqressivləşir.


Oxşar xəbərlər