5-06-2025, 08:42
Gündəm/Cəmiyyət

Qurban kəsmək istəyənlərin NƏZƏRİNƏ

Qurban kəsmək istəyənlərin NƏZƏRİNƏ

Qurban ibadəti zamanı şəriət və gigiyena qaydalarına əməl etmək vacibdir.


"Kanal14.az" xəbər verir ki, qurban kəsərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməlidir:


Heyvan sağlam olmalıdır – Xəstə, arıq və qüsurlu heyvanlar qurban sayılmır.


Yaş həddi mühümdür:


• Qoyun və keçi – ən az 1 il


• İnək və öküz – 1-2 il və daha çox


• Dəvə – 5 ilini tamamlamalıdır


Bir neçə adamın şərik olması halında halallıq mütləq alınmalıdır.


Qurbanın bölünməsi:


Öz ailənə Kasıb və ehtiyaclılara ;


Qohum-əqrəbaya paylanmalıdır


Kəsim qaydası:


– Heyvan qibləyə uzadılmalı


– Kəsim zamanı “Bismillahi və billahi vəllahu əkbər” demək tövsiyə olunur


– Kəsim uşaqların gözü qarşısında edilməməlidir .


Qurban yalnız bir ibadət deyil, həm də paylaşmaq və mərhəmət hissinin təcəssümüdür.


Allah qurbanınızı qəbul eləsin!


Oxşar xəbərlər