Yalan ayaq tutar, amma yeriməz
Son onillikdə dünyada sosial şəbəkələrin sayı xeyli dərəcədə artıb və milyonlarla insanların bütün günü istifadə etdikləri o, şəbəkələrin demək olar ki, birinin də vətəni Azərbaycan deyil. Onlardan ən məşhuru olan Facebook, instagram, teleqram və TikTokdur ki, ölkəmizdə daha çox bu şəbəkələr istifadə olunur.
Müasir texnologiyanın bucür inkişafı təqdirəlayiqdir. Hər kəs evinin içindən öz fərqli bacarığı, potensialı ilə dünyaya açılır. Yəni, normalda bu məqsədlər üçün yaradılmış proqramlardır, amma gəlin görək biz bu şəbəkələrdən daha çox nə üçün istifadə edirik?
Kimisi bayağı mahnı sədaları altında şüursuzcasına atılıb-düşür və bunun adına "rəqs" deyir, kimisi güya gülməli manaloq danışırmış kimi yersiz-yersiz özü danışıb, özü gülür, kimisi (cinsindən asılı olmayaraq) qeyri-etik cümlələr quraraq, söyüş söyə-söyə ona tərbiyəsizliyinə görə irad bildirən kiməsə ədəb dərsi keçir və şərh bölməsində də bolluca "Sən elələrinə fikir vermə, zor eliyirsən", "Allah səni qorusun" kimi məqsədsiz dualar, təsəllilər alır və sair.
Çox az adam var ki, öz peşəsi, sənəti, yaxud bacarıqları barəsində maarifləndirici söhbətlər aparır, onları da 10-15 nəfər tanıyan qohumlar, tanışlar heç axıra qədər dinləmədən "xalaxətrin qalmasın" "bəyənirlər" vəssəlam.
Hə, bax əsas məqamı unutdum. Hələ kimisə baltalamaq, şantaj etmək, ifşa etmək üçün istifadə edən "böyüklərimiz"i demədim. İndiki gənclərin onları eşitmədiklərindən, nəsihətlərini dinləmədiklərindən gileylənən ağsaqqal, ağbirçəklərin məqsədli demaqoqluqları da sosial mediaya bir başqa rəng qatır.
Məsələn, yazının sonundakı linkdə təqdim etdiyimiz videoya diqqət edin!
Video: https://www.tiktok.com/@israfil.nuruyev/video/7508849297685810440?_t=ZS-8wrYUVj3Tc7&_r=1
Mən nə bu ağsaqqalı tanıyıram, nə də barəsində danışdığı adamları. Amma yazılıb əlinə tutuzdurulan "şikayət" mətnini oxuyarkən, çəkdiyi çətinlikdən oxuduğu barəsində məlumatsız olduğu, əvvəlcədən xəbərdar olmadığı aydın görünür.
Bu yaşlı "şikayətçi"nin tekst oxuması mənə uzun illər öncə əlifbadan öyrəndiyimiz, "Tutu, topu tut. Tutu topu tutdu" dərsliyini xatırlatdı. Aşkar görünür ki, ağsaqqal bu yaşında kimlərinsə şəxsi qərəzlərinin, ya da şəxsi maraqlarının aləti olmağa könüllü razılıq verib. Bəlli ki, barəsində danışdığı şəxs də elə də böyük səlahiyyət sahibi deyil və əgər həqiqətən də dediyi kimi əvvəllər bəzi iş yerlərindən də çıxarılıbsa, demək ki, onu qoruyan yüksək çinli himayədarı da yoxdur. İndi "əlinə əyri-üyrü çubuq alıb palanı döyəcləyən" ağsaqqalın, yaxud o, mətni yazıb onun əlinə verənlərin məqsədi nədir bilmirik, amma sosial şəbəkədən nə məqsədlə istifadə etdiyi gerçəyi ortadadır.
Yeri gəlmişkən, qeyd edək ağsaqqalın vərəqdən adını höccələyə-höccələyə oxuduğu adlardan biri - Adil Turablı barəsində bizim də redaksiyamıza bəzi anonim məktublar daxil olmuşdur. Məlumat anonim mənbədən göndərilsə də onun əsasında tərəfimizdən sözügedən şəxs barəsində araşdırma apardıq və bizə məlum oldu ki, Adil Turablı Cəlilabad rayonunun kəndlərindən birində kiçik bir vəzifə daşıyır. Öz zəhmətilə təhsil almış, uzun illərdir müxtəlif dövlət qurumlarında çalışmış, dəfələrlə tərifnamələrlə təltif olunmuş zəhmətkeş şəxsdir. Özü də şeirə-sözə vurğun poeziya adamıdır. Eyni zamanda o, könüllü olaraq ərazilərimizin bütövlüyü uğrunda gedən müharibələrdə iştirak etməklə nə qədər vətənpərvər olduğunu, xalqına, dövlətinə düşkün olduğunu döyüş meydanlarında sübut edib. Hətta, müharibədə düşmən gülləsinə tuş gələrək, ağır yaralanıb, amma müxtəlif səbəblərdən üçüncü qrup əlillik dərəcəsindən könüllü imtina edib.
Axı mərdi qova-qova namərd eləməyin özü də namərdlikdir. Üstəlik bu kimi məkrli məqsədlərdə hiyləgərcəsinə yaşlı adamdan istifadə etməyə ad qoymaq mümkün deyil.
Görünür ağsaqqalın üzündən oxuduğu "şeytan duası" balaca adamların məqsədlərinə xidmət eləmir. Şübhə yoxdur ki, bu məsələdə bəzi dövlət idarələrində rəhbər vəzifələrdə çalışan müəyyən qüvvələrin xüsusi təsiri və şəxsən rolu var.
Reallıqdan çox təsirləndiyimiz üçün üzülərək təkrar qeyd edirik ki, gənc nəslin nəsihətlərinə, tövsiyələrinə ehtiyac duyduğu böyüklərimiz də çox təəssüf ki, çox təəssüf ki, çox zaman nəfsin sürüklədiyi yanlış istiqamətlərdə "fiqur" kimi istifadə olunurlar.
Məqsədlər şeytani nəfsin məhsulu ola bilər, amma atılan addımlar vicdanın göstərişi ilə olanda, şeytan özü məğlub olur.//mumtv.az