29-05-2025, 16:13
Gündəm/İqtisadiyyat/Cəmiyyət

DGK mərkəz tikintisi layihə-smetasına 1.2 milyon manat xərcləyəcək

DGK mərkəz tikintisi layihə-smetasına 1.2 milyon manat xərcləyəcək

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Rəsmiləşdirmə Mərkəzinin inşası üçün hazırlıqlara başlayıb.

"Kanal14.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, qurumun tabeliyində olan “Azərterminalkompleks” Birliyi bununla bağlı tender komissiyasına müraciət edib.

Açıq mənbələrdə qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin Bakı Rəsmiləşdirmə Mərkəzinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanmalıdır. Bu xidmətin satın alınması üçün isə DGK 1 milyon 222 min 189 manat vəsait nəzərədə tutub.

Maraqlıdır, görəsən, təkcə layihə-smetası 1.2 milyon manata başa gələcək Mərkəzin tikintisinə nə qədər xərc çəkiləcək? Bəlkə, DGK Milli Bankla rəqabətə girib?



Oxşar xəbərlər