Premyer Liqaya yüksələn “İmişli” klubu baş məşqçi postuna portuqaliyalı çalışdırıcını gətirir
Uzun fasilədən, daha dəqiq desək, 19 ildən sonra Premyer Liqaya qayıdan İmişli təmsilçisinin baş məşqçi postuna dəvət etdiyi Kriştianu Souzaya verəcəyi maaş da müəyyənləşib.
"Kanal14.az" Sport24.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis heç də az qazanmayacaq.
“İmişli” rəhbərliyi Souza ilə ayda 20 min avro məvacibə razılaşıb.
Qeyd edək ki, 43 yaşlı portuqaliyalının son iş yeri Çexiyanın 3-cü divizionunda mübarizə aparan “Znoymo” olub.