26-05-2025, 11:30
Gündəm/Cəmiyyət/Hadisə

DİN-dən şəhid ailəsinin mübahisəsi ilə bağlı açıqlama

DİN-dən şəhid ailəsinin mübahisəsi ilə bağlı açıqlama

Sosial şəbəkələrdə şəhid ailəsi üzvünün digər vətəndaşla mübahisə etdiyinə dair görüntülər yayılıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar:


"Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək", - deyə açıqlamada qeyd olunub.


Oxşar xəbərlər