24-05-2025, 09:12
Gündəm/Cəmiyyət/İdman

Millimiz dünya çempionatında ilk qələbəsini QAZANDI

Millimiz dünya çempionatında ilk qələbəsini QAZANDI

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start verilib.


"Kanal14.az" xəbər verir ki, bu gün daha 8 qarşılaşmadan 7-si keçirilib.


A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb. Görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Elvin Əlizadə, Mirmehti Rzayev, Xətai Bağırov, Kamran Abdullazadə vurublar.


Qrupun digər oyununda isə Mavritaniya Bəhreynlə üz-üzə gəlib. Burada Mavritaniya 2:0 hesablı qələbə qazanıb.


Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi ilk görüşdə Bəhreynlə heç-heçə edib - 1:1.


Oxşar xəbərlər