22-05-2025, 10:41
Gündəm/Təhsil

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

Müəllimlərin işə qəbulu imtahanına qeydiyyat başlayır

Bu gündən 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.


"Kanal14.az" xəbər verir ki, müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.


Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.


Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla bu linkə daxil olaraq tanış ola bilərsiniz.


Oxşar xəbərlər