12-05-2025, 10:10
Gündəm/Dünya/Hadisə

Rusiyada neft-qaz yatağında dəhşətli yanğın

Rusiyada neft-qaz yatağında dəhşətli yanğın

Yamal-Nenets Muxtar Dairəsində (Rusiya Federasiyası) "Xarapurnеftеqaz" yatağında yanğın zamanı qüllə uçub.

"Kanal14.az" xəbər verir ki, yanğın dünən axşam iki neft-qaz quyusunda alovlanma ilə başlayıb. Hadisə nəticəsində qüllələrdən biri uçub, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar reanimasiyada ağır vəziyyətdədir.

Məlumata görə, yanğınsöndürmə işləri davam edir. Alovun hündürlüyü 25 metrə çatır.


Oxşar xəbərlər