Astronomdan xəbərdarlıq: “Kosmos-482” stansiyası bu tarixdə Yerə düşə bilər
Amerikalı astronom Conatan Makdauellin bildirdiyinə görə, istismardan çıxarılmış sovet avtomatik planetlərarası stansiyası "Kosmos-482” mayın 7-dən 13-dək Yerə düşə bilər.
"Kanal14.az" xəbər verir ki, bu barədə alim şəxsi bloqunda yazıb.
Makdauell qeyd edib ki, avtomobil ölçüsündə olan obyektin Yer atmosferinə daxil olduqdan sonra tam yanmadan səthə çatmaq ehtimalı var:
"Belə halda, onun bir insanla toqquşma ehtimalı bir neçə min nəfərdə bir kimi qiymətləndirilə bilər”.
1972-ci ilin martında SSRİ tərəfindən buraxılmış "Kosmos-482” zondunun məqsədi Veneranın sərt səthindən məlumat toplamaq idi. Lakin raket gücləndiricilərindən birində yaranmış texniki nasazlıq səbəbindən aparat Yer orbitində qalaraq missiyasını yerinə yetirə bilməmişdi.