24-04-2025, 16:39
Gündəm/İqtisadiyyat/Cəmiyyət/Sosial

Ağdama 1 987 ailə köçürülür – 1,6 milyon yolpulu ayrıldı

Ağdama 1 987 ailə köçürülür – 1,6 milyon yolpulu ayrıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.

“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Ağdamın Xıdırlı kəndinə 719, Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailəsini köçürəcək.

“Qaçqınkom” ümumilikdə 1987 ailənin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 1 milyon 630 min 223 manat 10 qəpik ödəyəcək.

Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edəcək.


Oxşar xəbərlər