23-04-2025, 09:08
Gündəm/Dünya

Dövlət çevrilişinə cəhd edildi



Bir qrup terrorçu Burkina-Fasoda dövlət çevrilişi etməyi planlaşdırıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadou Səna məlumat verib.

“Terrorçu sui-qəsdçilərin planına görə, aksiyalar 2025-ci il aprelin 16-da ölkə düşmənləri tərəfindən muzdlu bir qrup əsgərin Burkina-Faso rəhbərliyinə hücumu ilə başa çatmalı idi”, - deyə nazir bildirib.

Səna əlavə edib ki, çevriliş hazırlığı kəşfiyyat xidmətləri tərəfindən üzə çıxarılıb. Nəticədə çevrilişin iştirakçıları saxlanılıb. Bununla belə, nazirin sözlərinə görə, bir sıra təşkilatçılar hazırda Kot-d'İvuardadır.



Oxşar xəbərlər