22-04-2025, 17:40
Gündəm/İqtisadiyyat/Cəmiyyət/Mədəniyyət

Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb

Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb

Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Agentlik bu məqsədələ 3 tender müsabiqəsi elan edib.

Dövlət Turizm Agentliyi:

Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 444 min 926 manat 67 qəpik;

Avropadan və Birləşmiş Krallıqdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün 537 min 861 manat 70 qəpik;

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün isə 847 min 319 manat 6 qəpik vəsait ayırıb.


Oxşar xəbərlər