9-04-2025, 13:39
Gündəm/Cəmiyyət/Hadisə

Lökbatanda palçıq vulkanı püskürdü

Lökbatanda palçıq vulkanı püskürdü

Bu gün səhər saat 04:04-də Lökbatanda palçıq vulkanı növbəti dəfə püskürüb.

"Kanal14.az" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.

Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.



Oxşar xəbərlər