8-04-2025, 10:15
Gündəm/Dünya

Bu ölkə Rusiyaya ərazi iddiası irəli sürdü: İşğal edibsən, qaytar

Bu ölkə Rusiyaya ərazi iddiası irəli sürdü: İşğal edibsən, qaytar

Yaponiya Xarici İşlər Nazirliyi Kuril adalarının qaytarılması şərti ilə Rusiya ilə sülh sazişi imzalamaq arzusunda olduğunu açıqlayıb.


"Kanal14.az" xəbər verir ki, TASS bu barədə Yaponiya diplomatik korpusunun illik hesabatına istinadən məlumat yayıb. Nəşr edilən sənədlərə görə, Yaponiya rəsmiləri Saxalin bölgəsinin bu hissəsini “əslində yapon ərazisi” adlandıraraq Rusiyadan İturup, Kunaşir və Şikotan adalarının verilməsini tələb edir.


Xarici İşlər Nazirliyinin illik hesabatında bu ərazilərin “Rusiya işğalı”nda olduğu bildirilir.


Oxşar xəbərlər