5-04-2025, 12:19
Gündəm/Cəmiyyət

Nazirə köməkçi TƏYİN EDİLDİ

Nazirə köməkçi TƏYİN EDİLDİ

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni köməkçi təyin edilib.


"Kanal14.az" xəbər verir ki, sözügedə vəzifəyə Seyran Məmmədov gətirilib.


Seyran Məmmədov 2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub. O, İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktorudur. 15 il sözügedən quruma rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.


Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.


Məlumatı bundan əvvəl "bakupost" yayıb.


Oxşar xəbərlər