Qarabağ Regional Təhsil İdarəsinə sektor müdiri təyin olundu
Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib.
"Kanal14.az"ın Qafqazinfo-ya istinad məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Rizvan Ələsgərov gətirilib.
O, əvvəllər Daşkəsən təhsil sektorunda müxtəlif vəzifələrdə çalışıb.

