24-03-2025, 12:03
Gündəm/Cəmiyyət

“ADY Ekspress”in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirildi

“ADY Ekspress”in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirildi

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.

"Kanal14.az" Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.

O, bundan əvvəl də - 2022-ci ilin noyabr ayına qədər "ADY Ekspress"ə rəhbərlik edib.

Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.


Oxşar xəbərlər