22-03-2025, 16:35
Gündəm/Cəmiyyət

Bakı-Balakən qatarına bileti 96 manata satır

Bakı-Balakən qatarına bileti 96 manata satır

“Bakı – Balakən qatarı, yalnız bir tərəfə biletin qiyməti :

SV – 96 manat

Kupe – 34 manat

Kanal14.az: - 5 il işləməyən Bakı – Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdursa, indi təklif olunan qiymətlər də bir o qədər ağlasığmazdır !

Görünür, ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50%-dən aşağı olurdu. Güman ki əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir.

İndi də görünür ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib.

Fikrimcə, bu tip yanaşma sərgiləməkdənsə hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı.//gununsesi.info



Oxşar xəbərlər