22-03-2025, 09:15
Gündəm/Cəmiyyət/Dünya

"Siz mənim ən böyük güc mənbəyimsiniz" - İmamoğludan onlara mesaj

"Siz mənim ən böyük güc mənbəyimsiniz" - İmamoğludan onlara mesaj


Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu İBB işçilərinə mesaj göndərib.


"Kanal14.az" xəbər verir ki, İmamoğlu bu barədə bəyanat yayıb.


"6 ildir İstanbul Böyükşəhər Bələdiyyəsi tərkibindəki qurumlarımızda birlikdə çalışdığım müdirlərimə, həmkarlarıma və işçi qardaşlarıma ən səmimi sevgi və salamlarımı çatdırmaq istəyirəm. Siz mənim ən böyük güc və mənəvi motivasiya mənbəyim olacaqsınız. 16 milyon İstanbulluya xidmətinizdə zərrə qədər geriləmə olmayacağı kimi, gördüyünüz hər bir vətəndaşa mənim səmimi salamlarımı və hörmətimi çatdırın. Millət böyükdür".


Oxşar xəbərlər