18-03-2025, 13:51
Gündəm/Cəmiyyət/Foto/Video

Görəsən icra başçısı ağşsaqqala güvənərək qanunsuzluqlara göz yumur? // FOTO + VİDEO

Xəzər rayonunda qanunsuz "tikinti tarlası".

Bəli, bəli düz eşitdiniz, "qanunsuz tikinti tarlası".

Kanal14.az: - Ümumiyyətlə Xəzər rayonunda aparılan qanunsuz tikintilərlə bağlı həm biz, həm digər saytlarda dəfələrlə məlumatlar dərc olunub. Ötən yazımızda da qeyd etdiyimiz kimi, hətta bu barədə redaksiyamıza da çoxsaylı müraciətlər gəlməkdədir.

Odur ki, əməkdaşlarımız adlarının çəkilməsini istəməyən şəxslər tərəfindən redaksiyamıza göndərilən məlumatları dəqiqləşdirmək üçün yollandılar Xəzər rayonuna. Tikintiyə başlamazdan əvvəl yerli icra hakimiyyətinin "xeyir-dua"sını almaq üçün verilən "şirinliyin" 7 min manatdan başladığını deyən Xəzər sakinlərinin nişan verdikləri ünvanlarda gördüklərimiz bizi heyrətə gətirdi.

Təsəvvür edin ki, nə işıq, nə qaz xəttinin olmadığı geniş bir ərazidə dib-dibə bünövrəsi qoyulan və həyətində tikinti daşları qalaqlanmış həmin o, kənd təsərrüfatı təyinatlı ərazidir ki, yuxarıda "tikinti tarlası" adlandırmışıq.

"DogruXeber.az" qeyd edir ki, Binə qəsəbəsindəki kateqoriyası təsərrüfat təyinatlı olan o, ərazidə bəzi tikintilərin yarımçıq saxlanıldığını, tikintinin davam etdirilməsinə yol verilmədiyini də aydın görmək mümkün idi. Bəlkə də həmin yarımçıq tikintilərin yanında artıq inşası başa çatmış yaşayış evlərini görməsəydik Elşən Salahov idarəçiliyi barəsində dərc olunan qalaq-qalaq yazıların onların dili ilə desək "şər-böhtan" olduğuna biz də inanardıq.

Amma, bütün bunlar hələ gördüklərimizin cəmi bir hissəsidir. Binə qəsəbəsində Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi döngə 5 və digər ünvanlarda hazırda bir neçə qanunsu tikintilərin aparıldığının şahidi olan əməkdaşlarımız buna dair görüntüləri də lentə alıblar.

Vurğulamaq istəyirik ki, sözügedən tikintilər arasında böyük villa və iaşə obyektləri də var ki, onların da böyüklüyü və əsas yolun üstündə olması heç də o, tikintilərin gizlin aparılmadığının təminatıdır.

Qeyd: Daha ətraflı görüntüləri bu axşam saat 20:00-da "Kanal14"ün canlı yayımında təqdim edəcəyik.

Qeyd edək ki, biz bütün bu məlumatlarlar əsasında Xəzər rayon icra hakimiyyətinə ötən həftə rəsmi sorğular ünvanlamışıq. Lakin, təəssüflə vurğulayırıq ki, hələ də sorğularımız cavablandırılmayıb.

Xatırladaq ki, yerli saytlarda Xəzər rayonu ərazisində qanunsuz tikintilərin genişləndirilməsi işini təşkil edən iki şəxsdən biri olan Arif adlı şəxsin Elşən Salahovun qohumu, Yaşar adlı şəxsin isə onun yaxın dostu olduğu, həmçinin, rayonu idarə edənin Elşən Salahov deyil, məhz onun atası, eyni zamanda rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahovun olduğu bildirilir.

Yeri gəlmişkən, ""5"lərin açdığı sehirli şans qapıları" sayəsində böyüdüyü rayonun rəhbəri vəzifəsinə qədər yüksələn Elşən Salahovun vikipediya məlumatlarına diqqət etdiyimizdə hərbi xidmət keçdiyinə dair nəinki ətraflı, heç kiçik bir "ipucu" məlumata rast gəlmədik, amma orta məktəbi bitirdiyi ildən sonra biri-birinin ardınca aldığı təhsil və təhsillə paralel işləməsi və bura qədərki sonuncu işi olan Xəzər rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsi onun xəyallarının zirvəsinə qalxan pilləkən olub. Və budur, Xəzər rayonunu istədiyi kimi idarə edərək, "hər qarışından səmərəli istifadə edərək" bugününü və gələcəyini təmin edir. Hətta, başı sərvət toplamağa o, qədər qarışıb ki, çala-çuxurlu, palçıqlı küçələrin balaca yağış yağanda keçilməz olduğu da gözünə görünmür.

Görəsən icra başçısı  ağşsaqqala  güvənərək  qanunsuzluqlara göz yumur? // FOTO + VİDEO

Görəsən icra başçısı  ağşsaqqala  güvənərək  qanunsuzluqlara göz yumur? // FOTO + VİDEO

Görəsən icra başçısı  ağşsaqqala  güvənərək  qanunsuzluqlara göz yumur? // FOTO + VİDEO

VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/18652

Şəhid adını daşıyan küçənin sakinləri hətta bu barədə yerli bələdiyyə və yerli icra hakimiyyətinə dəfələrlə rəsmi müraciət etsələr də nəinki mövcud problemin aradan qaldırılması istiqamətində hər hansı bir addım atılmayıb, ümumiyyətlə heç bir reaksiya verilməyib.

Qeyd edək ki, yuxarıda sadaladığımız problemlər Xəzər rayonunun hələ bircə qəsəbəsində - Binə ərazisində mövcud olanlardır ki, bir yazıya güclə sığdırmağa çalışdıq.

Onu da qeyd edək ki, qanunsuz tikintilərlə bağlı ilk məsuliyyətin icra hakimiyyətinin üzərində olduğu üçün bu işdə təkcə Elşən Salahovun adını qeyd elədik. Lakin, bu kimi işlərdə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, ARXKOM rəisi Anar Quliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəhbəri Mətin Eynullayev də məsuliyyət daşıyır.

Sadaladığımız məsul qurumların rəhbərləri ilə Elşən Salahovu bağlayan "qiymətli bağlar" barəsində növbəti yazımızda ətraflı şəkildə açıqlama verəcəyik.

Mövzunun davamı olacaq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Oxşar xəbərlər