6-03-2025, 09:14
Gündəm/Hadisə/Dünya

Cənubi Koreya qırıcıları təlim zamanı yaşayış məntəqəsini vurdu

Cənubi Koreya qırıcıları təlim zamanı yaşayış məntəqəsini vurdu

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı səhvən mülki yaşayış məntəqəsinə 8 bomba atıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hadisə Kyonnggido şəhərindəki Pocheon Promotion poliqonunda baş tutan ABŞ-Koreya birgə təlimləri zamanı baş verib.

Bombalar 7 şəxsi evə və kilsəyə ziyan vurub, 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti üzr istəyib və dəymiş bütün zərərləri ödəyəcəyini bildirib.

 

Oxşar xəbərlər