27-02-2025, 09:14
Gündəm/Dünya

HƏMAS dörd israilli məhbusun cəsədlərini təhvil verib

HƏMAS dörd israilli məhbusun cəsədlərini təhvil verib

Fələstinin HƏMAS qruplaşması israilli girovların cəsədlərini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib."

"Kanal14.az" xəbər verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Qəzza zolağında əsir saxlanılan 4 israillinin cəsədi HƏMAS tərəfindən Qırmızı Xaç təşkilatına təhvil verilib”, - məlumatda deyilir.

Mənbələrin telekanala verdiyi məlumata görə, cəsədlərin təhvil verilməsi mərasimsiz və jurnalistlərdən uzaqda, Qəzzanın cənubundakı Xan Yunisdə baş tutub.

Oxşar xəbərlər