15-02-2025, 09:20
Gündəm/Siyasət/Dünya

Zelenski ABŞ-nin istədiyi sazişi imzalamadı

Zelenski ABŞ-nin istədiyi sazişi imzalamadı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin mineral ehtiyatlarla bağlı təklif etdiyi sazişdə "hər şeyi imzalamağa” hazır olmadığını bildirib.

"Kanal14.az" xəbər verir ki, Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib:

"Mən hər şeyi imzalamağa hazır deyiləm, lakin mineral ehtiyatlarımızla bağlı sazişi müzakirə etməyə hazıram".

ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevə mineral ehtiyatlara dair saziş layihəsini təqdim edib. Ukrayna sazişin düzəlişləri ilə bir versiyasını ABŞ-yə qaytarıb.

Oxşar xəbərlər