Sabiq nazir ittiham etdi: İsrail Yaxın Şərqdə gülüş obyektinə çevrilib
İsraildə milli təhlükəsizlik naziri vəzifəsindən istefa verən ifrat sağçı "Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunun siyasətini tənqid edib.
"Kanal14.az" xəbər verir ki, Ben Qvir bu barədə yerli "Kol Barama" radiosuna danışıb.
O, ölkəsinin Yaxın Şərqdə gülüş obyektinə çevrildiyini iddia edib: "İsrail Yaxın Şərqdə gülüş obyektinə çevrilib və bunu indi anlayıb-anlamadığımızdan əmin deyiləm".
Ben-Qvir yanvar ayında Netanyahu hökumətinin HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasını təsdiq etməsinə cavab olaraq istefa verdiyini xatırladıb:
"Təəssüf ki, hökumətdə Qəzzaya humanitar yardım göndərilməsinə qarşı çıxan yeganə şəxs mən idim. Amma 180 dərəcə dəyişiklik edə bilərdim".
O, Netanyahunun ABŞ təzyiqlərinə qarşı mövqeyini də tənqid edib: "Daimi təzyiq altında hərəkət edə bilməzsiniz. Bilirəm ki, ABŞ prezidentinə qarşı durmaq asan deyil, amma baş nazirin həqiqəti söyləməsini və hekayələr danışmamasını gözləyirəm".