10-02-2025, 11:03
Gündəm/Siyasət/Dünya

Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa edib

Los-Ancelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa edib

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bir müddət əvvəl öz binasında fəaliyyətini bərpa edib.

Bu barədə "Kanal14.az"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.

Oxşar xəbərlər