28-01-2025, 14:38
Gündəm/Siyasət/Cəmiyyət

Aİ Azərbaycanla sərhəddə hərəkətə keçdi

Aİ Azərbaycanla sərhəddə hərəkətə keçdi

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə görüntüləri "Report" yayıb. Fotolardan aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Aİ Azərbaycanla sərhəddə hərəkətə keçdi

Aİ Azərbaycanla sərhəddə hərəkətə keçdi

Aİ Azərbaycanla sərhəddə hərəkətə keçdi

 

Oxşar xəbərlər