2-01-2025, 10:06
Gündəm/Dünya

Şengen zonasının tamhüquqlu üzvləri oldular

Şengen zonasının tamhüquqlu üzvləri oldular

Bolqarıstan və Rumıniya bu gündən etibarən Şengen zonasının tamhüquqlu üzvləri olub.

"Kanal14.az" xəbər verir ki, yanvarın 1-dən həmin ölkələrin Şengen razılaşmasının digər üzvləri ilə quru sərhədlərində yoxlanışlar ləğv edilib.

Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri sözügedən məsələ barədə qərarı təqribən 3 həftə əvvəl vermişdilər. Bu zaman Avstriya qərara qoyduğu vetonu geri götürmüşdü.

Onu da xatırladaq ki, 2023-cü ilin sonunda Avropa İttifaqında hər iki ölkənin Şengen zonasına qismən daxil olması ilə bağlı konsensus əldə olunub. Bu isə hava limanı və dəniz limanlarında yoxlamaların ləğvini nəzərdə tuturdu. Qərar 2024-cü il martın 30-da qüvvəyə minib.

Oxşar xəbərlər