Rusiya "isgəndərlə" bizim deputatın biznesini dağıdıb - FOTOFAKT
Rusiyanın günün səhər saatlarında Kiyevdə "İsgəndər"lə vurduğu "Şah Plov" restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
"Kanal14.az" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz şəxsi facebook hesabında məlumat verib.
Onun sğzıərinə görə, "Restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ "АХСАН") tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir.
Redaksiyadan: İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
