İranın Suriyadakı səfirliyinin əməkdaşı qətlə yetirildi
İran İslam Respublikasının Suriyadakı səfirliyinin əməkdaşı öldürülüb.
"Kanal14.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.
O bildirib ki, İranın Suriyadakı səfirliyinin əməkdaşı Davud Bitərəf Dəməşqdə avtomobilinə açılan atəş nəticəsində qətlə yetirilib.
