19-12-2024, 09:33
Gündəm/Hadisə/Dünya

Rusiyada An-2 təyyarəsi radarlardan itdi

Rusiyada An-2 təyyarəsi radarlardan itdi

An-2 yüngül təyyarəsi dekabrın 19-da səhər saatlarında Kamçatkada radardan itib.

"Kanal14.az" xəbər verir ki, Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedevin sözlərinə görə, itkin düşən An-2 təyyarəsinin axtarışına 3 təyyarə cəlb edilib.

Onun sözlərinə görə, ondan çox xilasedici də təyyarənin axtarışındadır və beş qar avtomobili cəlb olunub. Klyuçi, Ust-Kamçatsk və Ossorda xilasedicilər qrupu hazırlıq vəziyyətinə gətirilib.

 

Oxşar xəbərlər