16-12-2024, 10:58
Gündəm/İqtisadiyyat/Dünya

"Dollar bütün dəyərini itirəcək" - "Simpsonlar"dan proqnoz


ABŞ istehsalı "The Simpsonlar" cizgi serialı kəhanətləri ilə yenidən diqqət çəkib.

"Kanal14.az" xəbər verir ki, ekran işinin bəzi bölümlərində "COVID-19", "Trampın 2024-cü ildə ABŞ prezidenti seçilməsi” və "Bitcoin proqnozları” kimi real həyat mövzularını əhatə edib.

Sözügedən kəhanətlər 2017-ci ilə yayımlanan bölümlərdə öz əksini tapıb. Ekran işinin 2025-ci il və sonrakı illər üçün iqtisadi proqnozları da olduqca diqqətəlayiqdir. 2017-ci ildə yayımlanan daha bir bölümdə "Bitcoin"in 2024-cü ildə sıçrayacağını bilən "Simpsonlar" indi sosial mediada 2026-cı ildə "iqtisadi inqilab” olacağını proqnozlaşdırırlar.

Serialın proqnozuna görə, 2026-cı ildə dünya miqyasında iqtisadi böhran yaşanacaq və ABŞ dolları demək olar ki, bütün dəyərini itirəcək. "Bitcoin" kimi rəqəmsal valyutalar dolları əvəz edəcək.

Oxşar xəbərlər