12-12-2024, 11:02
Gündəm/Siyasət

"Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir" - Prezidentin köməkçisi


"Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir”.

"Kanal14.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"İşğal dövründə Ermənistan tərəfindən 1 milyondan artıq mina basdırılıb. Ermənistam regionda ən çox mina istehsal edən ölkələrdən biridir. Ölkəmizin ərazisinin təxminən 12 faizi mina ilə çirkləndirilib", deyə H.Hacıyev bildirib.

Oxşar xəbərlər