19-11-2024, 12:12
Gündəm/Cəmiyyət/Səhiyyə

Rektor generalın həyat yoldaşına vəzifə verdi

Rektor generalın həyat yoldaşına vəzifə verdi

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.

"Kanal14.az"ın "Unikal"a istinadən məlumatına görə , bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.

Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır.

 

Oxşar xəbərlər