6-11-2024, 12:31
Gündəm/Cəmiyyət

DSX-də xidmət etmək istəyənlərin NƏZƏRİNƏ!

DSX-də xidmət etmək istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

DSX-dən "Kanal14.az"a verilən məlumata görə, namizədlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər bunlardır:

-Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

-30 yaşı keçməməli;

-Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün: Ünvan - Bakı şəhəri, Z. Əliyeva küçəsi 30, Əlaqə nömrəsi - 012-493-62-47, https://www.dsx.gov.az/news/1826 .

 

Oxşar xəbərlər