19-10-2024, 09:17
Gündəm/Cəmiyyət/Hadisə

Tağı Əhmədov üçün çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina edilib - TƏBİB

Tağı Əhmədov üçün çağırış daxil olduqdan 7 dəqiqə sonra imtina edilib - TƏBİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

"Kanal14.az" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat bildirilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.10.2024-cü il tarixində saat 21:00 radələrində Göy Məscid ərazisindən Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Saat 21:07-də çağırışdan imtina qeydə alınıb”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov 75 yaşında vəfat edib.

 

Oxşar xəbərlər