3-10-2024, 16:25
Gündəm/Cəmiyyət/Səhiyyə

Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi

Zakir Qaralovun qalmaqallı əmisi qızına yeni vəzifə verildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib.

"Kanal14.az" qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır. vakansiyalar

Oxşar xəbərlər