20-08-2024, 14:26
Gündəm/Cəmiyyət/Hadisə

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyən edilib.

Bu barədə "Kanal14.az"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: "Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Oxşar xəbərlər