Azərbaycanda benzinin istehsalı artıb, dizelin isə azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 908 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3% artıb.
"Kanal14.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, neft məhsullarından mazut istehsalı 3.3 dəfə (230.0%), ağ neft istehsalı 9.5%, neft bitumu istehsalı 7.6%, sürtgü yağları istehsalı 7.1%, avtomobil benzini istehsalı 0.5% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə neft koksu istehsalı 15.3%, dizel yanacağının isə 1.3% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri 2024-cü ilin yanvar-iyul aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünənisbətən, faizlə 01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 842.7 100.5 31.9
Ağ neft, min ton 366.0 109.5 32.2
Qazoyllar (dizel yanacağı), min ton 1 333.5 98.7 89.4
Mazut, min ton 13.1 230.0 4.3
Sürtkü yağları, min ton 37.9 107.1 5.8
Maye qazlar, min ton 114.5 81.2 1.4
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 649.9 104.8 39.0
ondan:
neft bitumu, min ton 148.1 107.6 16.1
neft koksu, min ton 120.5 84.7 22.6
