22-01-2024, 11:09
Gündəm/Cəmiyyət

Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Kanal14.az"a bildirilib ki, bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

Oxşar xəbərlər