4-12-2023, 16:18
Gündəm/Cəmiyyət

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib.

"Kanal14.az" Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO

 

Oxşar xəbərlər