24-11-2023, 14:18
Gündəm/Siyasət/Cəmiyyət

İrəvan Azərbaycana qarşı daha bir iddia qaldırmaq istəyir

İrəvan Azərbaycana qarşı daha bir iddia qaldırmaq istəyir

İrəvan "Qarabağ sakinlərinin mülkiyyət hüququnun bərpası" məsələsi ilə bağlı Bakıya qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisinin mətbuat katibi Hasmik Samvelyan bildirib.

"Hələlik konkret tarixlər yoxdur, lakin bu, yaxın gələcəyin məsələsidir", - Samvelyan qeyd edib.

Qeyd edək ki, Ermənistanın bundan əvvəl Azərbaycanla bağlı BCM-də qaldırdığı əsassız iddialar rədd edilib.

Oxşar xəbərlər