3-10-2023, 13:38
Gündəm/Dünya

USAID Gürcüstanda çevriliş hazırlayır?

USAID Gürcüstanda çevriliş hazırlayır?

ABŞ-nin Tbilisidəki səfirliyi Gürcüstan kəşfiyyatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kütləvi iğtişaşların təşkilinə yönəlmiş bəzi təlimləri maliyyələşdirməsi barədə bəyanatını yanlış adlandırıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də bəyan edib ki, üç Serb vətəndaşı USAİD-in dəvəti və maliyyəsi ilə sentyabrın 25-də respublikaya gələrək, qeyri-hökumət təşkilatları və vətəndaş fəallarının iştirakı ilə kurslar keçirib.

Gürcüstan rəhbərliyi kəşfiyyat xidmətlərinin təhqiqatı ilə bağlı USAID-dən açıqlama tələb edib.

"Bu gün dəstəklədiyimiz layihələrdən birinə qarşı irəli sürülən ittihamlar yanlışdır və Gürcüstana yardımımızın məqsədlərini təhrif edir. USAID 1992-ci ildən Gürcüstan xalqına dəstək verir. Həmişə olduğu kimi, bu yardım şəffafdır”, - səfirliyin bəyanatında deyilir.

Məlumdur ki, "Kanvas” təşkilatını təmsil edən Serbiya vətəndaşları Dövlət Təhlükəsizlik Xidmətində dindirilib və artıq Gürcüstanı tərk ediblər.

Oxşar xəbərlər