21-08-2023, 17:56
Gündəm/Cəmiyyət

Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir.

"Kanal14.az"ın Pravda.az-a istinadən xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin əvəz edəcəyi iddia olunur.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.

Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.

 

Oxşar xəbərlər